İstehsalat

Azərbaycanın şimalında 10.4 hektarlıq ərazidə yerləşən “ Gilan Quba konserv zavodu ” MMC  21.01.2013-cü ildən fəaliyyətə başlamışdır. Zavodumuz tərəvəz konservləri və qəlyanaltıları, meyvə və giləmeyvə turşuları, mürəbbələr və qatılaşdırılmış alma şirəsi istehsal edir. Gündəlik alma xammalının qəbul gücü 250 ton, tərəvəz qəbul gücü isə 100 tondan artıqdır. Məhsullar “ Bağdan ” əmtəə nişanı adı ilə daxili bazarlarla  yanaşı həm də xarici ölkələrə ixrac edilir.Bu qısa dövr ərzində daxili və xarici bazarda məhsullarımıza olan tələbat iki dəfədən çox artmışdır, bu da yüksək keyfiyyətin bəhrəsidir. Konserv məhsullarının istehsalında istifadə olunan xammal təbii və ekoloji təmiz şəraitdə zavodun öz meyvə bağları və əkin sahələrində yetişdirilir.

 

Əsası 2010-cu ildə qoyulan Gilan Lənkəran Konserv Zavodu MMC Azərbaycanın cənubunda 2 hektarlıq ərazidə yerləşir. Zavod Padovan (İtaliya) şirkətinin öncül texnologiyaları ilə təchiz edilib və saatda 5 000 litr istehsal gücünə malik 2 xətti var. Həmçinin müəssisədə meyvə püresi və aseptik dolumlu tomat pastası istehsal edən xətt fəaliyyət göstərir. Məhsullar “Bağdan” ticarət nişanı ilə istehsal edilir. Məhz yüksək keyfiyyət və unudulmaz dadına görə Gilan Lənkəran Konserv Zavodu məhsulları beynəlxalq sərgilərdə qızıl medal və diplomlarla təltif edilmişlər. Bunlar etibarlı təchizatçı reputasiyasının formalaşmasına zəmin yaradır. Daxili bazarla yanaşı məhsullar həm də xarici ölkələrə ixrac edilir. Bunlar: MDB, Avropa, ABŞ, Asiya, Avstraliya və Yeni Zelandiya.

 

13 hektar ərazidə yerləşən Padovan (İtaliya) və Tetra Pak (İsveç) kimi qabaqcıl Avropa texnologiyaları ilə təchiz edilən Gəbələ Konserv Zavodunun illik meyvə emalı gücü 300.000 ton təşkil edir. Müəssisənin illik meyvə şirəsi və nektarı istehsalı gücü 210.000 tona bərabərdir. Zavodda 7 istehsal xətti fəaliyyət göstərir. Onlardan 2 istehsal xətti şüşə qablaşdırma, 5 xətt isə Tetra Pak qablaşdırma istehsalı üçün istifadə olunur. Hazır məhsulların keyfiyyətli saxlanılması üçün 6.500 palet tutumu olan yeni anbar inşa edilmişdir. Hal-hazırda Gəbələ Konserv Zavodunda 100-ə yaxın adda məhsul istehsal edilir. Onların arasında "BAĞDAN", “JALƏ”, “ЗОЛОТОЙ САД” və “NATURA” əsas brendlər sayılır. İstehsal prosesi bütün ekoloji, sanitar-gigiyenik və təhlükəsizlik normalarına uyğun aparılır və beynəlxaq standartlara cavab verir. Belə ki, zavod yüksək səviyyəli keyfiyyət, təhlükəsizlik və idarəetmə standartlarına tam uyğun fəaliyyət göstərməsi üçün İSO 9001-2008 və İSO 22000 FSMS sertifikatlaşdırılmasını keçmişdir. Həmçinin müəssisədə orqanik nar konsentratı və nar şirəsi istehsal edilir.Avropa və Amerika bazarlarında satışı üçün ECOCERT tərəfindən sertifikatlaşdırılır.